Finalı uduzdular, Enrike onu vurdu, kütləvi dava düşdü - FOTOLAR

14 İyul 2025 12:20 Hadisə 578
Finalı uduzdular, Enrike onu vurdu, kütləvi dava düşdü - FOTOLAR

ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının final qarşılaşmasındanda sonra qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, Nyu-Cersdəki “MetLife” arenada keçirilən matçdan londonluların futbolçusu Joao Pedro ilə PSJ oyunçuları mübahisə edib.

Gərginlik artdığı anda PSJ-nin baş məşqçisi Luis Enrike araya girərək Pedronun üzünə zərbə endirib. Məşqçinin bu davranışından sonra digər futbolçular da davaya qoşulub.

Əsas insidentin ardından PSJ qapıçısı Canluici Donnarumma da hadisəyə qarışaraq Pedroya və digər futbolçulara yumruq atıb. Yalnız “Çelsi”nin baş məşqçisi Enzo Mareska və stadionun təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra ara sakitləşib.

Hadisədən sonra təşkil edilən mətbuat konfransında Luis Enrike emosiyalarına hakim ola bilmədiyini etiraf edib və hərəkətinə görə üzr istəyib.

Oyunun gedişində də PSJ oyunçusu Joao Neveş rəqib futbolçu Mark Kukurelyanın saçını çəkdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

Finalda “Çelsi” PSJ üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq turnirin qalibi olub.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi