Ölkəmizin çempionu heyətinə daha dörd legioner cəlb etdi

14 İyul 2025 03:30 Voleybol 1 929
Ölkəmizin çempionu heyətinə daha dörd legioner cəlb etdi

Qadın voleybolçulardan ibarət "Azərreyl" komandası mövsümlərarası fasilədə heyətini yeni əcnəbi oyunçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu heyətinə daha dörd legioner cəlb edib.

Bunlar koreyalı toppaylayıcı Sol Koo, kubalı blokçu Daima Preval, həmçinin hücumçular - braziliyalı Qrasiela Souza və serbiyalı Ana Kruldur.

"Azərreyl" həmçinin Puerto-Rikodan olan libero Naika Beniteslə müqavilənin müddətini uzadıb və heyətini Azərbaycan millisinin iki voleybolçusu – Şəfaqət Alışanova və Anastasiya Baydyukla gücləndirib.

Yeni mövsümdə də komandanı italiyalı Paolo Tofoli çalışdıracaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb