Avropa çempionu Bakıda

14 İyul 2025 03:40 Cüdo 1 348
Avropa çempionu Bakıda

Bakıda cüdo üzrə Avropa Ümidləri turniri və Kodokan ekspertlərinin texniki sessiyası keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Avropa Cüdo İttifaqı (EJU) məşğələləri aparacaq ekspertləri təqdim edib.

Onlardan biri serbiyalı Aleksandar Kukolj olacaq.

EJU-nun məlumatında deyilir: "Avropa cüdosunun ən tanınmış idmançılarından biri olan Kukolj Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıdır.

Tatamidəki ustalığı ilə yanaşı, o, həm də əla müəllimdir. Bu günlərdə Belqradda ustad dərsi keçib.

Həmin məşğələyə Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev, həmçinin Azərbaycan kişi yığmasının məşqçisi Slavko Tekiç də qatılmışdı”.

Tədbir iyulun 26-27-də Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"