"Keşlə"nin direktoru: "Əmin idim ki, cütün taleyi öz əlimizdədir"

30 Aprel 2021 19:00 Şamaxı 830
"Keşlə"nin direktoru: "Əmin idim ki, cütün taleyi öz əlimizdədir"

«İnam və istək öz sözünü dedi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin idman direktoru Ceyhun Sultanov söyləyib.

«Zirə» ilə keçirilən ölkə kubokunun cavab qarşılaşması haqda (2:3) fikirlərini bildirən klub rəsmisi finala vəsiqə qazanmağa layiq oyun nümayiş etdirdiklərini deyib:

«Mən bu oyundan əvvəl saytınıza verdiyim açıqlamada qeyd etmişdim ki, şansımız var, hələ heç nə itirilməyib. Demişdim ki, «Zirə» bizi evdə udduğu kimi, biz də səfərdə onlara qalib gələ bilərik.

Mən futbolçularda o istəyi görmüşdüm, ona görə də əmin idim ki, cütün taleyi öz əlimizdədir. Komandamız hətta ilk qolu buraxandan sonra da ruhdan düşmədi, 120 dəqiqə gərgin mübarizə apardı.

Oyunun içində baş verən hadisələrə gəlincə, hələ bu barədə heç nə deyə bilmərəm. «Zirə»nin qapısına təyin olunan penalti kadrına baxmalıyam.

İndi finala vəsiqə qazanmışıqsa, çalışmalyıq ki, kuboku da əldə edək. «Sumqayıt» sanballı komandadır, onlar bunu son iki mərhələdə də göstərdilər. İşimiz çətin olacaq».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"