Qurban Qurbanov ona çox şeyi öyrətsə də… YARIMÇIQ MƏŞQÇİ

18 Fevral 14:00 Kəpəz 4 716
Qurban Qurbanov ona çox şeyi öyrətsə də… YARIMÇIQ MƏŞQÇİ

Ayağını yorğanına görə uzadan məşqçi yaxşı məşqçidir.

Sən çox şey istəyə, arzulaya bilərsən, istəklər və arzular reallıqla üst-üstə düşmürsə, gec-tez uğursuzluğa məhkumsan.

Adil Şükürov indi «Kəpəz»də o vəziyyətdədir. 2024-cü ilin üçüncü məğlubiyyətini «Sabah»dan aldılar.

Yəqin ki, bu, sonuncu olmayacaq.

Onun baş verməməsi üçün baş məşqçinin özünün vəziyyəti düzgün analiz eləməsi, ondan doğru nəticə çıxarması şərtdir. Sən iddialı deyilsən, Premyer Liqada qalmaq uğrunda mübarizə aparırsan. Sənin

Heyətin güclü və geniş deyil, məhdud kontingentlə bu meydanda qalmısan. Hansı məntiq və ağılla «Sabah»a qarşı oyuna gedirsən?

Bir ayağındakı çarıxa bax, sonra yolunu seç də.

Qurban Qurbanov Adil Şükürova məşqçilik həyatında çox şey öyrədib. Amma Adil Şükürov ondan hər şeyi öyrənməyib.

Öyrənsəydi, anlayardı ki, məğlubiyyətdə günahkar həmişə məşqçidir, o isə öz təqsirini, boynuna düşən yükü futbolçuların üstünə atmamalıdır, «fərdi səhvlərdən uduzduq» deməməlidir.

Bu kəlməni dilinə gətirən baş məşqçinin komanda yanında nə hörməti olasıdır ki?

Futbolçusunun yanlışını ictimailəşdirib, öz taktiki xətasını bunun kölgəsində gizlədən Adil Şükürov gərək bu qiyməti biz verək - o, yarımçıq məşqçidir.

Baş məşqçi kimi «bişməsinə» isə hələ çox var, çox!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 23:35 Çək və bizə göndər!