Premyer Liqada yeni mövsümə uğursuz başlayan, bu səbəbdən Azər Bağırovu baş məşqçi postuna gətirən
"Kəpəz" heyətini daha bir yerli futbolçu ilə gücləndirib.
Klubun mətbuat xidməti saytımızın günlər öncə yaydığı məlumatı az öncə rəsmən təsdiqləyib: Turan Manafovla müqavilə imzalanıb.
26 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi kontrakt bağlanıb.
Gəncə klubu bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye, İlkin Qırtımov, Viktor Braqa, Orxan Əliyev və Rauf Hüseynlini də transfer edib.
Turan Manafov ötən mövsümü "Araz-Naxçıvan"da keçirib. O, yeni klubunda hər ay 3000 manat qazanacaq.
Halbuki gənclər yığmasının sabiq üzvü 1-2 ay qabaq 9000 manatdan danışırdı. "Turan Tovuz" və "Şamaxı" başda olmaqla, bir çox klubla danışıqlar aparsa da, Premyer Liqanın heç bir təmsilçisi bu qədər əməkhaqqını ona vermədi.
SPORTİNFO.AZ