“Neftçi“də çempion oldu, Premyer Liqa klubu ilə müqavilə bağladı

20 İyun 2024 11:40 Kəpəz 2 678
“Neftçi“də çempion oldu, Premyer Liqa klubu ilə müqavilə bağladı

“Kəpəz“ növbəti mövsüm öncəsi düşərgəsinə ilk yeni futbolçunu cəlb edib.

Gəncə təmsilçisi Turan Vəlizadə ilə birillik müqavilə imzalayıb.

“Neftçi“dən ayrılan yarımmüdafiəçi burada 2000 manat civarında əməkhaqqı salacaq.

Başa çatan mövsümdə Əvəzedicilər Liqasında çempionluq yaşamış 23 yaşlı futbolçu 2019-cu ildən "Neftçi"də çıxış edirdi.

O, "Keşlə" (indiki "Şamaxı") və "Turan Tovuz"da icarədə olub. U-17, U-19 və U-21 yığmalarının da formasını geyinmiş Turan "Əlincə"nin yetirməsidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti