Derbidə qonşulara “toy tutdular”, cibləri PULLA DOLDU

21 Yanvar 2025 17:00 Kəpəz 2 383
Derbidə qonşulara “toy tutdular”, cibləri PULLA DOLDU

«Kəpəz» 2025-ci ilə əla başladı.

Premyer Liqanın üçüncü dövrəsinə derbiylə start verən Gəncə təmsilçisi «Turan Tovuz»u «qol yağışı»nda «çimizdirdi.

«Sarı-göylər» 19-cu turun matçında hesabda iki dəfə geri düşsə də, ruhdan düşmədi, gedişatı büsbütün öz xeyrinə dəyişməyi bacardı.

5:2 hesablı tarixi qələbə «Kəpəz»in futbolçularını maddi cəhətdən də «məst edib».

Belə ki, klub rəhbərliyi 3 xal münasibətiylə onlara ikiqat mükafat verməyi öz üzərinə götürüb.

Turnir cədvəlində doqquzuncu pilləni «Səbail»dən geri alan kollektiv üzvləri hərəyə 2000 manat irəli düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!