"Kəpəz"in futbolçularına danışılmış oyunlardan misal çəkdilər

6 Noyabr 2024 03:40 Kəpəz 567
"Kəpəz"in futbolçularına danışılmış oyunlardan misal çəkdilər

Gəncə şəhər stadionunda “Kəpəz”in U-15, U-16, U-17 və Gənclər Liqası komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda