COP29

Türkiyə Super Liqasından Azərbaycanın autsayderinə gələn - Ona nə mane oldu?

12 Oktyabr 23:00 Kəpəz 2 246
Türkiyə Super Liqasından Azərbaycanın autsayderinə gələn - Ona nə mane oldu?

Mahamadu Ba “Kəpəz”dəki debüt matçında qol hesabını açdı.

Malidən olan yarımmüdafiəçi “Neftçi”nin qapısına vurduğu baxımlı qolla azarkeşlərin alqışını qazandı.

2018-ci ildən Türkiyə klublarının şərəfinio qoruyan, hətta Super Liqanın həyəcanını hiss etməyə imkan tapan 25 yaşlı futbolçunun nə vaxtsa Azərbaycanın autsayder komandasında peyda olacağını kim ağlından keçirərdi?

Maraqlıdır, qardaş ölkədə qalmasına, aparıcı klubların diqqətini çəkməsinə nə mane olub? İnkişaf etməsini hansı amillər əngəlləyib?

Səbəbkar Sportinfo.az-a karyerasında yaşadığı enişlə bağlı danışıb:

“Türkiyədə oynadığım 5 il ərzində daim işimə peşəkar yanaşaraq inkişaf etməyə çalışırdım. Bəlkə də bunun sayəsində “Ərzurumspor”la “İstanbulspor”un heyətində Super Liqada oynamaq imkanı qazandım.

Azərbaycan futbolu ilə Türkiyə futbolu arasında müəyyən fərqlər var. Super Liqa klublarının diqqətini çəkmək, orada mütəmadi oynamaq asan məsələ deyil.

Daim çalışmalı, inkişaf etməlisən. Bəlkə də mənim işgüzarlığım buna kifayət etmədi, bəlkə də şanssızlıq yaşadım.

Ancaq bunlar məni narahat etmir. Öz gücümə inanıram və gələcəyə inamla baxıram. İnşallah, hər şey mənim və “Kəpəz” üçün xeyirli olar”.

Ba müxtəlif illərdə “Ərzurumspor”, “Bandırmaspor”, “Menemen”, “İstanbulspor”, “Beykoz Anadoluspor” kimi komandaların şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!