İki legioner Premyer Liqa klubundan getdi

16 İyun 2024 00:30 Kəpəz 687
İki legioner Premyer Liqa klubundan getdi

"Kəpəz" iki legioneri ilə yolları ayırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mate Kvirkviya və Adama Nianenin başa çatan müqaviləsi yenilənməyib.

Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə "sarı-göylər"in şərəfini qoruyub. Adama isə yalnız sonuncu çempionatda "Kəpəz"də çıxış edib.

Klub xidmətlərinə görə futbolçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!