5 gün öncə "Kəpəz"dən bu xəbəri yaydıq, indi rəsmən elan olundu ki…

10 Aprel 2023 14:20 Kəpəz 1 863
5 gün öncə "Kəpəz"dən bu xəbəri yaydıq, indi rəsmən elan olundu ki…

"Kəpəz"Azərbaycan Premyer Liqasında növbəti iki ev oyununu Qəbələdə keçirəcək.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı Sportinfo.az-ın aprelin 5-də yaydığı xəbəri az öncə təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/kepez/51365.html).

Bildirilib ki, buna səbəb Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyətinin çempionat matçlarını qəbul etmək üçün yararsız hala düşməsidir.

Bununla əlaqədar PFL Qərb təmsilçisinin müraciət və təsdiq məktubunu nəzərə alaraq, aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib.

Beləliklə, "Kəpəz" XXX turda "Turan Tovuz"la, XXXII turda isə "Sumqayıt"la Qəbələ şəhər stadionunda qarşılaşacaq. Matçlar müvafiq olaraq aprelin 15-i və 29-da olacaq və saat 16:00-da başlayacaq.

Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra klubun XXXIII turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti