AFFA və PFL komandanı dogma şəhərdən bu rayona “köçürür”

5 Aprel 2023 13:00 Kəpəz 2 524
AFFA və PFL komandanı dogma şəhərdən bu rayona “köçürür”

«Kəpəz» Premyer Liqanın 30-cu turunda «Turan Tovuz»u qəbul edəcək.

Aprelin 15-nə təyin olunan bu qarşılaşma, böyük ehtimalla, Gəncədə keçirilməyəcək.

Səbəbi məlumdur - şəhər stadionunun meydançası bərbaddır. Həftəsonu baş tutan «Səbail»lə görüş qazonun bütün problemlərini gözlər önünə sərdi.

Böyük hissəsi «keçəlləşmiş» sahəyə görə indi «Kəpəz» rəhbərliyinin başı ağrıyır. AFFA və Peşəkar Futbol Liqası (PFL) Nizami yurdunun təmsilçisinə vaxt verib.

Belə ki, qarşı tərəf yaranmış problemi qarşıdakı 5-6 gün ərzində aradan qaldırmalıdır.

Belə olmasa, qərb derbisi başqa məkanda təşkil olunacaq. PFL B variantı kimi Qəbələni nəzərdə tutub.

Bura isə “Kəpəz”ə yaxşı tanışdır. Gəncəlilər mövsümün əvvəlində ev oyunlarını məhz Qəbələdə keçirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti