
«Kəpəz» yeni problemlə üzləşib. AFFA dövlət tərəfindən Premyer Liqa klublarına ayrılan yalıq dotasiyanı ödəsə də,
Gəncə təmsilçisi hələ də fevral ayının pulunun ala bilməyib.
Gecikmə federasiyadan qaynaqlanmır. Məsələ ondadır ki, qərb təmsilçisi maliyyə sənədlərini vaxtında AFFA-ya çatdırmayıb.
Daha doğrusu, yardım paketinin alınması üçün irəli sürülən şərtlər tam yerinə yetirilməyib.
Sənədlərdəki çatışmazlığı görən qurum onları «Kəpəz»ə geri qaytarıb və qaydasına salmağı tapşırıb. Novruz bayramından sonra ödəmələrin həyata keçirilməsi gözlənilir.
SPORTİNFO.AZ