Baş məşqçinin açıq söhbəti klub rəhbərini HİDDƏTLƏNDİRDİ

19 Mart 2023 15:00 Kəpəz 847
Baş məşqçinin açıq söhbəti klub rəhbərini HİDDƏTLƏNDİRDİ

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri baş məşqçi Tərlan Əhmədovdan növbəti dəfə narazı qalıb.

Buna səbəb çalışdırıcının klubda mövcud olan problemlər barədə mətbuata açıq danışmasıdır.

Belə ki, mütəxəssis «Zirə» ilə Gəncədə 1:1 bitən qarşılaşmadan sonra media önünə çıxaraq, çatışmazlıqları sadalayıb:

«Avtobusu, tərcüməçisi, vitamini olmayan komadanın Premyer Liqada qalmasına çalışıram. Mövsümün sonunda istirahət etmək istəyirəm.

İki il istirahət etdim. Gərək istirahətimi dayandırmazdım. Stress yaşayıram».

Nadiri bu açıqlamanı Əhmədova irad tutub, «hara gəldiyini əvvəlcədən bilirdim» ifadəsini işlədib.

Sədr baş məşqçiyə xəbərdarlıq edib ki, bu kimi fikirlər ictimaiyyətdə yaxşı qarşılanmır və klubun əleyhinə rəy formalaşdırır.

Rəhbər tapşırıb ki, o, media kəsimi ilə münasibətlərinə sərhəd qoysun, əks təqdirdə, barəsində sərt tədbir görüləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!