
Gəncədə baş tutan “Kəpəz” – “Zirə” matçından (1:1) sonra stadionda insident yaşanıb.
“Kəpəz” rəsmisi ilə azarkeş baş-başa gəlib.
Buna azarkeşin oyun başa çatandan sonra hakimlərin ünvanına nalayiq ifadələr işlətməsi səbəb olub.
Fanatın səs-küy saldığını eşidən klubun Təhlükəsizlik Departamentinin rəisi Elmar Əliyev narazı azarkeşə yaxınlaşaraq ondan susmasını və ətrazini tərk etməsini tələb edib:
“Oyun başa çatıb, stadionu tərk et! Söyüş söyüb yoxa çıxırsız. Klub hər dəfə sizə görə 4 min cərimə ödəməyə borclu deyil. Stadiona futbola baxmağa gəlirlər, söyüş söyməyə yox”.
Klub rəsmisinin bu sözləri azarkeşin narazılığına səbəb olsa da, ətrafdakılar insidentin böyüməsinə imkan vermədən həmin şəxsi ərazidən uzaqlaşdırıb.
Premyer Liqanın 26-cı turu çərçivəsində baş tutan “Kəpəz” – “Zirə” oyunu 1:1 hesabı ilə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ