
Premyer Liqanın 26-cı turunda “Kəpəz” doğma meydanda “Zirə”ni qəbul edib.
Futbol elitası məlum qarşılaşmanı izləmək üçün Gəncə şəhər stadionuna təşrif buyurub.
Şəhərin icra başçısı Niyazi Bayramov, “Kəpəz”in İdarə Heyətinin üzvü, “Zəfəroğlu” şirkətinin rəhbəri Zəfər Məmmədov, “Zirə”nin rəhbəri Orxan Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, qurumun texniki idman direktoru Elgiz Abbasov oyunu stadionda canlı izləyib.
“Kəpəz” – “Zirə” matçı 1:1 hesabı ilə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ