Gəncədə acınacaqlı vəziyyət - PROBLEMLİ FOTOLAR

10 Mart 2023 16:00 Kəpəz 1 033
Gəncədə acınacaqlı vəziyyət - PROBLEMLİ FOTOLAR

Premyer Liqanın 26-cı turu çərçivəsində “Kəpəz” doğma meydanda “Zirə”ni qəbul edir.

Oyunun keçirildiyi Gəncə şəhər stadionunun qazonu yarıtmaz vəziyyətdədir.

Meydanın əksər hissələri saralıb ki, bu cür örtükdə Premyer Liqa qarşılaşmasını keçirmək acınacaqlı haldır.

Mövsümün əvvəlində ideal durumda olan qazon qışın şaxtası nəticəsində “canını tapşırıb”.

İndiyə qədər Gəncəyə səfər etmiş əksər komandaların baş məşqçiləri mövcud durumdan şikayətçi olub. Di gəl, indiki anda dərdə əlac tapmaq mümkün deyil.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”