
“Kəpəz”in mətbuat katibi Azad Mustafayev sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Klubun sözçüsü əlil arabasında əyləşən xanımla yanında dayanan bəyin fotosunu paylaşaraq bu sözləri yazıb:
“Əziz dostlar, şəkildə olan azarkeşlərimizi xoş niyyətli iş üçün axtarırıq. Paylaşımlarınızla dəstək olun ki, tapa bilək”.
Məsələnin izinə düşüb maraqlandıq və məlum oldu ki, xanımla bəy ər-arvaddır.
Xanım “Kəpəz”in sadiq azarkeşlərindəndir. Əslən Gəncədən olan cütlük imkan daxilində komandanın ev-səfər oyunlarını stadionda canlı izləyir.
Klub rəsmisinin onları axtarmasında məqsəd xanımı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmək olub.
“Kəpəz”dəki həmkarımız sosial şəbəkədə etdiyi paylaşım nəticəsində ailə üzvlərini tapa bilib.
“Kəpəz” Premyer Liqanın 26-cı turunda “Zirə” ilə qarşılaşacaq. Martın 10-da baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ