Tərlan Əhmədov dördüncü iş yerində – Daha çox üzülüb

6 Mart 2023 16:20 Kəpəz 769
Tərlan Əhmədov dördüncü iş yerində – Daha çox üzülüb

Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında baş məşqçi kimi 200-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis yubiley matçına "Kəpəz"in sükanı arxasında çıxıb.

Bu, Gəncə təmsilçisinin səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduğu XXV tur matçına təsadüf edib.

O, Premyer Liqada 2013/2014 mövsümündə AZAL-ın sükanı arxasında debüt edib. Sonradan “Neftçi” və “Keşlə”ni də çalışdıran mütəxəssis cari mövsümün gedişində “Kəpəz”in baş məşqçisi təyin olunub.

Premyer Liqada 10-cu mövsümünü keçirən Əhmədovun komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, ölkə çempionatının tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.

Tərlan Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə "Bakı"ya uduzub – 1:2.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda