
“Bilirəm ki, Azərbaycanda Fransadan olan futbolçular çıxış edir.
Amma aralarında şəxsən tanıdığım kimsə yoxdur“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz“in yeni transferi Salif Sisse deyib.
Qış fasiləsində Gəncə təmsilçisi ilə 5 aylıq müqavilə imzalayan fransalı vinger Premyer Liqamızda çıxış edən həmyerliləri barədə bunları söyləyib:
“Rəqib qismində bir-birimizə qarşı oynadığımız futbolçuların adlarını çəkə bilərəm. “Qarabağ”da çıxış edən Abdullah Zubirlə uzun illər öncə Liqa-2 –də rəqib olmuşuq.
“Neftçi”nin yeni transferi Kilan Lebonla isə iki il əvvəl Bolqarıstanda rəqib qismində eyni meydanı bölüşmüşük“.