Bəxt yanında deyilsə, daha nə edəsən, təbrikə yollan!

5 Mart 2023 19:20 Kəpəz 662
Bəxt yanında deyilsə, daha nə edəsən, təbrikə yollan!

«Kəpəz»in «can»ı orta sahədir.

Giorgi Kantariya və Ahmed Ayzaya komandanın düşünən beyini, yoldaşlarını zərəkətə gətirən lokotivdir.

Onlardan biri meydanda olmayanda, nizam pozulur. Başsız atlı necə olur, elə.

Bu ikili dünən Masazırda idi. Tribunada əyləşmişdilər. Gürcü və nigeriyalı yarımmüdafiəçilərin kənardan izlədikləri qarşılaşmada «Kəpəz» varlıq nümayiş etdirmədi.

Bəlkə də «Sabah»a ciddi təhlükə yaşada bilərdilər, tərslikdən Abdullah Şuaybu 15-ci dəqiqədə oyundan atıldı. Son vaxtlar əla formada olan nigeriyalı hücumçunun kobudluğu baş hakim tərəfindən qırmızı vərəqəylə qiymətləndirildi.

Tərlan Əhmədov 90 dəqiqənin gedişində ara-sıra risk aldı, hücumda oynamağı tapşırdı. Üç aparıcı fiqurun yoxluğunda bu da alınmadı.

Görünürdü ki, bu komandalar səhənə qədər oynasalar, «Kəpəz» yenə qol vura bilməyəcək.

Dünənki gün «Kəpəz»in günü deyildi.

Yeqor Xvalkonun 39-cu dəqiqədə qaydalardan kənara çıxması, nəticədə təyin olunan penalti zərbəsi, Mario Mustapiçin bu vuruşu qaytarması, Aleksey İsayevin ondan qayıdan topa birinci çatıb topu tora göndərməsi kimi.

Səhvlər üst-üstə yığıldı, Tərlan Əhmədovin öz-özünə deyinə-deyinə qarşı tərəfin əlini sıxıb təbrik etməyə yollanmaqdan savayı əlacı qalmadı.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti