
AFFA-nın Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadov gözlənilməz təklif irəli sürüb.
Bir neçə ildir buradan havayı pul əldə edən veteran hücumçu klubun İdarə Heyətinin sədri İlqar Nadirini öz mövqeyi ilə tanış edib.
O, Tərlan Əhmədovun tezliklə istefaya göndərilməsinin lazım olduğunu bildirib. Baxmayaraq ki, komanda Premyer Liqanın son 2 turunda «Şamaxı» və «Sumqayıt»a qalib gələrək, təhlükəli zonadan bir qədər uzaqlaşıb.
Düşərgədə işlərin qaydasına düşməsi görünərkən, Cavadov hələ də bədbindir.
Kurator Nadirini inandırmağa çalışır ki, «Kəpəz»in çempionatda yerini qorumaq şansı azdır və əgər sonluq belə olsa, AFFA onlara güzəştə getməyəcək.
Federasiya rəhbərliyinin Əhmədova antipatiya bəslədiyini bildirən Cavadov qeyd edib ki, baş məşqçi ilə bağlı tədbir görülməsə, «Kəpəz» I Diviziona göndəriləcək.
SPORTİNFO.AZ