Tanınmış aktyor pul verdi - Kluba avtobus almaq üçün: FOTO

4 Mart 2023 14:20 Kəpəz 1 550
Tanınmış aktyor pul verdi - Kluba avtobus almaq üçün: FOTO

Tanınmış aktyor Elməddin Cəfərov "Kəpəz"ə dəstək olub.

Sportinfo.az xəbər verir ki, komediya aktyoru Futbolun İnkişaf Fondunun Gəncə klubuna avtobus alınması üçün həyata keçirdiyi "Kapaz100k" layihəsinə qoşulub. Elməddin Cəfərov 9 piksel alıb.

Bir pikselin qiyməti 15 AZN-dir. İanəçilərin əldə etdikləri piksel ölçülərinə uyğun müvafiq şəkilləri klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə də öz əksini tapacaq.

Digər Xəbərlər
Xəbər Lenti