"Onlardan çəkinmirik, nə deyirsə, onu etməyə çalışırıq"

4 Mart 2023 09:00 Kəpəz 420
"Onlardan çəkinmirik, nə deyirsə, onu etməyə çalışırıq"

"Kəpəz"in kapitanı Yusif Nəbiyev klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Misli Premyer Liqasının 25-ci turunun "Sabah"la görüşü barədə fikirlərini bildirib.

O, Masazır təmsilçisi ilə oyuna hazırlığın yaxşı getdiyini və səfər görüşündən xalla qayıtmaq niyyətində olduqlarını söyləyib:

"Sabah"a qarşı oyunumuz çətin olacaq. Hazırda oyuna hazırlaşırıq. Komandadakı əhval-ruhiyyə yaxşıdır.

Motivasiyamız da yerindədir. Çünki iki oyunluq uğurlu seriyamız var. "Sabah" güclü komandadır, amma biz onlardan çəkinmirik.

Səfərdən xalla qayıtmaq istəyirik. Qələbə olsa, lap yaxşıdır. Hər halda, bir xal da bizim üçün yaxşı nəticədir.

Öz oyunumuzu oynayacağıq. "Sabah"a qarşı Gəncədəki oyunu da xatırlayıram, ağır keçmişdi. Biz qələbəyə yaxın olsaq da, sonda üç xalı əldən vermişdik.

Halbuki, son dəqiqələrdə 2:1 öndə idik. Həmin matçda iki xal itirdik. Bu matçda onun əvəzini çıxmağa çalışacağıq.

Tərlan Əhmədovun tapşırıqlarını yerinə yetiririk. Baş məşqçi nə deyirsə, onu etməyə çalışırıq".

Gəncə klubunun futbolçusu azarkeşlərin dəstəyinə ehtiyaclarının olduğunu deyib:

"Azarkeşlərin daim yanımızda olmasını istəyirik. Çünki azarkeş böyük amildir, böyük üstünlükdür.

Evdəki matçlarımızda da bunu görürük. Yəqin ki, səfər matçına da gəlib, dəstək olarlar. İstəyirik ki, həmişə yanımızda olsunlar".

Digər Xəbərlər
Xəbər Lenti