Klubda çox adamla düşmən olmuşdu, indi də onu "qara siyahı"ya saldı

3 Mart 2023 21:20 Kəpəz 665
Klubda çox adamla düşmən olmuşdu, indi də onu "qara siyahı"ya saldı

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov kluba yeni mətbuat katibi axtarır.

İdman direktoru Mehman Allahverdiyev və digər funksionerlərlə yola getmədiyi öncəki aylardan bəlli olan çalışdırıcı bu dəfə Azad Mustafayevi «qaralayıb».

O, uzun illərdir burada press-ateşe vəzifəsini daşıyan Mustafayevin fəaliyyətindən İdarə Heyətinin sədri İlqar Nadiriyə şikayətlənib.

Əhmədov özü və komanda barədə çıxan xəbərlərin Mustafayev tərəfindən mediaya sızdırılmasından şübhələnir.

Altı aydır burada işləyən «Neftçi»nin sabiq sükançısı deyib ki, Mustafayevin bu tip informasiyaların KİV-də yayılmasının qarşısını almaq imkanı olsa da, qəsdən yaxasını kənara çəkir.

Baş məşqçinin hansı səbəbdən bu qənaətə gəlməsini bilmirik, sadəcə, bizə o məlumdur ki, Tərlan bəyin mətbuat xidmətinə başçılıq etməyə bir neçə namizədi var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu