“Kəpəz”də XOŞ OLAY: İş adamları ilə sponsorluq görüşməsi olacaq

3 Mart 2023 13:00 Kəpəz 747
“Kəpəz”də XOŞ OLAY: İş adamları ilə sponsorluq görüşməsi olacaq

Premyer Liqa klublarına sponsorların cəlb edilməsi yönündə bütün əlaqə vasitələrini işə salan Futbolun İnkişaf Fondu (FİF) “Kəpəz”ə fokuslanıb.

Uzun sürən danışıqlardan sonra “Huner Group”un “Turan Tovuz”la əməkdaşlıq etməsinə nail olan qurum indi də Gəncə futbolunun inkişafı üçün çalışır.

Xeyli vaxtdır davam edən danışıqlar səmərə verməyə yaxındır.

Martın 9-da Gəncədə görüş baş tutacaq. Şəhərin icra hakimiyyətinin təşkilatçılığı ilə FİF rəsmiləri və Gəncənin iş adamları arasında görüş reallaşacaq.

Artıq bu yöndə çalışmalara start verilib. Həmin görüşdən sonra kluba hansı şirkətlərin və iş adamlarının sərmayə yatırmaq istəyində olmasına aydınlıq gələcək.

Hazırda “Kəpəz”ə hansı sponsor şirkətin və hansı məbləğdə vəsait ayırması dəqiqləşməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti