"Onun borcu olsa, olmasa da, bunun kluba nə dəxli var?"

3 Mart 2023 03:00 Kəpəz 788
"Onun borcu olsa, olmasa da, bunun kluba nə dəxli var?"

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov komandasının qapıçısı Orxan Sadıqlının qış fasiləsində Antalyada keçirilən təlim-məşq toplanışında hansısa səbəbdən iştirak etməməsinə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, o, Orxan Sadıqlının hazırlıq prosesində kredit borcunun olması səbəbindən iştirak edə bilməməsi ilə bağlı sualı belə cavablandırıb:

“Orxan Sadıqlının kredit borcunun olub-olmamasının bizə aidiyyəti yoxdur. Onun kredit borcu olsa, olmasa da, bunun kluba nə dəxli var?

Bu barədə mətbuatda yazılanlardan xəbərim var. Amma Orxan xəstə olduğu üçün Antalya toplanışında iştirak edə bilmədi.

Yaxşı ki heç aparmamışdıq da. Çünki Antalyada bir çox futbolçumuz qripə yoluxmuşdu. Bəlkə də bizimlə birgə hazırlıq prosesinə qatılsaydı, səhhəti daha da pisləşərdi”.

Orxan Sadıqlının kredit borcuna görə ölkədən kənara çıxışına qadağa qoyulduğu və bu səbəbdən də “Kəpəz”lə birgə Antalyada təlim-məşq toplanışında iştirak etmədiyi barədə xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"