Bu da Gəncədə inşa olunan akademiyanın ÖZƏL GÖRÜNTÜLƏRİ - FOTOREPORTAJ

2 Mart 2023 21:00 Kəpəz 1 980
Bu da Gəncədə inşa olunan akademiyanın ÖZƏL GÖRÜNTÜLƏRİ - FOTOREPORTAJ

Gəncədəki inşa olunan yeni futbol akademiyasının tikintisi davam edir.

İşə 2 il əvvəl start verilsə də, yekunlaşma xəbəri üçün bir müddət gözləməli olacağıq.

Martın ilk günündə şəxsi işimlə bağlı Gəncəyə səfər etmişkən akademiyada görülən işlərlə yaxından tanış olmaq imkanı qazandım.

Hər kəsin açılışını böyük həvəslə gözlədiyi futbol akademiyasında təmir işlərinin 80 faizi görülüb.

Hazırda döşəmə, suvaq və qapı işləri qalıb ki, bunlar da ən pis halda aprel ayının sonuna qədər həll olunacaq.

Möhtəşəm görünüşü ilə diqqət çəkən bina 3 mərtəbədən ibarətdir. İki mərtəbə və zirzəmi. Ən aşağı mərtəbədə fitness zalı, hamam və par otaqları, anbar nəzərdə tutulub.

Birinci mərtbədə inzibati və yataq otaqları olacaqsa, ikinci mərtbədə yataq otaqları ilə yanaşı əyləncə və konfrans zalı, yeməkxana yerləşəcək.

Ən son standartlara cavab verən akademiyanın inşasında ən kiçik detallar nəzərə alınıb.

Bina yenidən qurulmuşkən stadionun ərazisində yamğın əleyhinə su çənlərinin quraşdırılması da plana daxil edilib. Üstəlik, 60-dan çox yaşı olan işıq stansiyası da sökülüb yenidən tikiləcək.

Hələ ki, akademiyada neçə futbolçunun məskunlaşacağına dair qərar verilməyib. Ehtimalla danışmalı olsaq, müxtəlif yaş qruplarında oynayan azı 100 futbolçunun akademiyada yaşaması nəzərdə tutulub.

“Sportinfo” tamalama işləri görülən Gəncə futbol akademiyasından ən son görüntüləri təqdim edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"