
Mövsümün əvvəlində Çexiyadan Azərbaycana qayıdan Fərid Nəbiyevin yeni klubu müəyyənləşib.
Ötən ilin yayında «Viktoriya»nı «Kəpəz»ə dəyişmiş yarımmüdafiəçi bu dəfə «Səbail»lə anlaşma əldə edib.
Gənclər yığmasının sabiq üzvü Bayıl təmsilçisi 1+1 illik razılaşma şərtlərində ortaq məxrəcə gəlib. O, «dənizçilər»dən 80 min manat alacaq.
SPORTİNFO.AZ