"Əjdaha"nan ağzından sağ qurtulan baş məşqçinin PROBLEMLƏRİ

28 Fevral 2023 16:00 Kəpəz 599
"Əjdaha"nan ağzından sağ qurtulan baş məşqçinin PROBLEMLƏRİ

Artıq bu məsələ də bağlandı.

Birmüddətlik də olsa.

Azından yaxın həftələrdə daha köhnə söhbətlərin – baş məşqçinin istefaya göndəriləcəyi haqda xəbərlərin yenidən gündəmə gələcəyinə, gətiriləcəyinə inanmıram.

Tərlan Əhmədov klub qarşısında götürdüyü öhdəliyi yerinə yetirdi. Söz vermişdi ki, 10 turluq qələbəsizlik seriyasına son qoyacaq.

Adam vədini tutdu. Öncə Gəncədə «Şamaxı»ya, sonra Sumqayıtda eyniadlı ev komandasına qalib gəldilər.

Toplanan 6 xal, heç şübhəsiz, «Kəpəz»in bütün yaralarını sarımayacaq. Bu klubda o qədər problem var, o qədər problem var…

On dəvədən ibarət karvan onun yükünü çəkə bilməz. Hərtərəfli sıxıntı içində olan «Kəpəz»in halını anlatmağa bir mərsiyəxan kifayət etməz, gərək üçü, beşi yan-yana əyləşsin.

Tərlan Əhmədov fikrini bir yerə verəndə, «Kəpəz» də meydanda nə istədiyini bilərək oynayır. Onları Sumqayıtda izləyənlər sərgilənən futboldan ləzzət aldı deyə düşünürəm.

Ahmet Ayzaya, Junior Martins və Abdulla Şuaybu tribunada toplaşanlara, ekran başında əyləşənlərə baxımlı futbol adına çox şey nümayiş etdirdi.

«Sumqayıt» istəməzdi belə olsun, lakin «Kəpəz»in oyunu mükəmmələ yaxın alındı, arada böyük uçurum göründü.

Motivasiyada ev sahiblərini xeyli qabaqlayan «Kəpəz»in qarşısına həmin gün «Qarabağ» da, «Sabah» da, «Neftçi» də çıxsaydı, əminəm ki, yenə qalib gələcəkdilər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"