“Kəpəz”də xəbərdarlıq işə yaradı - MÖVSÜMDƏ İLK DƏFƏ

27 Fevral 2023 22:20 Kəpəz 667
“Kəpəz”də xəbərdarlıq işə yaradı - MÖVSÜMDƏ İLK DƏFƏ

Gəncəli fanatların üzü gülür. 10 turdan sonra ötən tur “Şamaxı”nı məğlub edən bölgə klubu Sumqayıt səfərindən də 3 xalla qayıtmağı bacardı.

“Kimyaçılar”la qarşılaşmaya əla start verən Tərlan Əhmədovun yetirmələri fasiləyə kimi 2 top fərqlik üstünlük yarada bilmişdi.

İkinci yarı fərqi daha da böyütmək üçün kifayət qədər şanslar vardı. Amma qonaq futbolçular həmin şansları sağa-sola xərcləməklə yadda qaldı.

Bədxərcliyin sonu qəza ilə başa çata bilərdi. Hər şey yolunda getdiyi an, əsas vaxtdın son dəqiqələrində Yusif Nəbiyevin qolu gəncəli fanatları oturduqları rahat yerdən ayağa durmağa məcbur etdi.

Əlavə olunmuş dəqiqələrdə isə o dünyaya gedib qayıtdılar.

Söhbət Elvin Bədəlovun baş zərbəsindən sonra tirdən qayıdan top anından gedir.

Sadəcə, bəxt “Kəpəz” sevərlərin üzünə güldü. Bununla da vacib qələbənin aktivə yazılması rəsmiləşmiş oldu.

Həm də sonuncu pillədən 7-ci sıraya kimi yüksəlmək.

Ardıcıl iki qələbəyə sevinmək xoşbəxtliyi bölgə klubuna bu mövsüm ilk dəfə qismət oldu.

“Şirlər”lə oyuna kimi arxada qalan 22 turda komandanın aktivində cəmi iki qələbə vardı. O da müxtəlif vaxtlarda.

Birdən-birə nə dəyişdi ki, “Kəpəz” mövsümdə ilk dəfə belə uğurlu olmağı bacardı.

Məncə, havadan-sudan səbəb axtarmağa gərək yoxdur.

Düşünürəm ki, qərb derbisində “Turan”a müqavimətsiz məğlubiyyətdən sonra (0:2) rəhbərliyin keçirdiyi toplantı kollektivi əməlli-başlı silkələyə bilib.

Axı məşqçilər korpusunun qarşısına bu iki görüşdən minimum 4 xal qazanılması tələbi qoyulmuşdu.

Rəsmilərdən son şansını alan Əhmədov geri yol olmadığını gözəl bilirdi.

Ona görə də münasib rəqiblərlə görüşlərə final kimi yanaşırdı. Yetirmələrinə

Yetirmələri bu finallarda onun sonunun gəlməsinə imkan vermədilər.

Bununla istefa havası təcrübəli mütəxəssisin həndəvərindən də uzaqlaşmış oldu. Bir müddətlik olsa da...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"