"Kəpəz" 6 ildən sonra... İLK

27 Fevral 2023 13:40 Kəpəz 384
"Kəpəz" 6 ildən sonra... İLK

"Kəpəz" 6 ildən sonra Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, tarixi qalibiyyət Gəncə təmsilçisinin səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə yendiyi XXIV tur oyununa təsadüf edib.

"Sarı-göylər" XXIII turda evdə "Şamaxı"ya qalib gəlib - 3:2.

"Kəpəz"in sonuncu belə uğurunu 2016/2017 mövsümündə əldə edib. 2017-ci ilin aprelində qərblilər ardıcıl 4 matçda üç xal qazanıb.

Gəncəlilər 2017/2018 mövsümündə və cari çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb.

Sumqayıtdakı oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!