"Bugünkü üç xal çox vacib idi" - Tərlan Əhmədov

25 Fevral 2023 20:10 Kəpəz 812
"Bugünkü üç xal çox vacib idi" - Tərlan Əhmədov

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 24-cü turunun "Sumqayıt"la oyunundan sonra mətbuat konfransında iştirak edib.
Sportinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının səfərdəki 2:1 hesablı qələbəsini şərh edib:

"İki fərqli hissə izlədik. Külək həm bizim, həm də rəqibin planlarına problem yaradırdı. "Turan Tovuz"la matçdan sonra çalışırdıq ki, komandanın psixolojini durumunu düzəldək, həm də nəticələri stabilləşdirək. Heç olmasa, ardıcıl bir neçə qələbə qazanmağa çalışırdıq. "Şamaxı" üzərində qazanılan qələbə motivasiyamızı artırmışdı. Bu oyunda da komanda var gücünü meydanda qoydu. İntizamlı müdafiə olunduq, çalışdıq ki, yaradılan qol epizodlarından istifadə edək. Bunun öhdəsindən də, layiqincə gəldik. Bugünkü üç xal çox vacib idi. Həm turnir cədvəli, həm də qarşıdakı oyunlar üçün motivasiyanın yüksəlməsi baxımından. Bəlkə də, birinci hissədə oyun tam fərqli alına bilərdi. Böyük hesab da mümkün idi. Hər halda, 2:1 normaldır, qələbə qazanmışıq. Bizə dəstək olan, bizi sevən bütün azarkeşlərə təşəkkür edirəm. Problem və çətinliklərə baxmayaraq, komanda meydanda əzmkar mübarizə apardı. Bu, məni çox sevindirir. Demək ki, komandamız düzgün yoldadır".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı