Tərlan Əhmədov "Kəpəz"i Bakıya köçürməyi təklif etdi, ortada tək qaldı

25 Fevral 2023 13:00 Kəpəz 1 101
Tərlan Əhmədov "Kəpəz"i Bakıya köçürməyi təklif etdi, ortada tək qaldı

«Kəpəz» bu gün Premyer Liqanın 24-cü turu çərçivəsində «Sumqayıt»ın qonağı olacaq.

Bu qarşılaşma autsayderlər qrupunu yaxından maraqlandırır.

Gəncə təmsilçisi «gənclik şəhəri»ndə məğlubiyyətlə üzləşsə, böyük ehtimalla, Tərlan Əhmədovla vidalaşacaq. Hər halda klub rəhbərliyi son toplantıda baş məşqçiyə belə bir xəbərdarlıq edib.

Vəziyyətin ciddiliyini anlayan mütəxəssis rəsmilərdən dəstək istəyib. O, «Şamaxı» ilə matçdan sonra komandanın Bakıda müvəqqəti məskunlaşmasını xahiş eləyib.

Əhmədov düşərgədə ab-havanın gərgin olmasını əsas gətirərək, hazırlıqların Bakı Olimpiya Stadionunda keçirilməsi təşəbbüsünü irəli sürüb.

Di gəl, yönəticilər ona bu imkanı yaratmayıb.

Altı aydır vəzifə başında olan çalışdırıcı daha sonra AFFA-nın Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadovla əlaqə saxlayıb, fəqət o də bu məsələnin həllində yardımçı olmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti