Fransalı forvard Tərlan Əhmədova hansı mesajı ünvanladı? - FOTO

25 Fevral 2023 16:00 Kəpəz 1 081
Fransalı forvard Tərlan Əhmədova hansı mesajı ünvanladı? - FOTO

"Kəpəz"in qış fasiləsində heyətinə qatdığı üç legionerdən biri Salif Sisse oldu.

Qərb təmsilçisi Mario Mustapiç və Junior Martinsdən fərqli olaraq Salifin xidmətindən lazım olan qədər hələ də yararlana bilmir.

Buna səbəb ilk oyunundaca zədənin onu haqqlaması oldu.

Belə ki, qış fasiləsindən sonrakı ilk matçında - "Qəbələ" ilə görüşdə son 5 dəqiqəni meydanda olan fransalı aktivinə yalnız zədələnməsini sığdıra bildi.

Sonrakı həftələr günü müalicə olunmaqla keçən forvard artıq tam sağalıb. Bir neçə gündü komanda ilə məşqlərə qoşulan hücumçu "Sumqayıt"la görüşdə yaşıl meydanlara qayıda bilər.

O, həm də çox iddalı dönüş etməyi düşünür.

Hər halda, "kimyaçılar"la qarşılaşma öncəsi paylaşdığı post belə düşünməyə əsas verir.

30 yaşlı legioner topa baş zərbəsi vurduğu anın və baş məşqçi Tərlan Əhmədovla birgə olan fotosunu paylaşaraq "tezliklə, inşallah" sözlərini yazıb.

Görünür, Salif bununla qollar vurub, baş məşqçisini sevindirəcəyinin mesajını verməyə çalışıb.

Əslində yaxşı arzudur, ancaq əməldə həyata keçirə bilsə.

Gözləyək, Mali əslli fransalının geridönüşünü...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"