“Təzyiqin bir qismini üstümüzdən atdıq, baş məşqçimizin işini yaxşılaşdırdıq”

24 Fevral 2023 23:40 Kəpəz 316
“Təzyiqin bir qismini üstümüzdən atdıq, baş məşqçimizin işini yaxşılaşdırdıq”

“Təzyiqin bir qismini üstümüzdən atdıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in nigeriyalı yarımmüdafiəçisi Ahmed Ayzaya deyib.

Premyer Liqanın ötən turunda “Şamaxı”ya evdə 3:2 hesabıyla qalib gələn gəncəlilər sabah Sumqayıtdan da 3 xalla dönməyi planlaşdırır. Hər halda afrikalı legioner belə iddia edir:

“Şamaxı”nı udmağımız baş məşqçimizin işini yaxşılaşdırdı. İndi “Sumqayıt”la oyuna daha rahat hazırlaşırıq.

“Sumqayıt”ın turnir cədvəlindəki vəziyyəti də bziim kimi yaxşı deyil. Qələbə onlara da çox lazımdlr.

Ancaq üstün tərəfin “Kəpəz” olacağına inanıram. Azarkeşlərimizə demək istəyirəm ki, qələbə və ya məğlubiyyətə baxmayaraq, bizi dəstəkləsinlər, sevinsinlər.

Futbolda həmişə udmaq olmur, bəzən pis günlər də yaşanır. Biz də onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!