Premyer Liqda daha bir kluba SPONSOR TAPILDI – SON DƏQİQƏ

22 Fevral 2023 19:00 Kəpəz 1 895
Premyer Liqda daha bir kluba SPONSOR TAPILDI – SON DƏQİQƏ

Yaxın tarixdə Premyer Liqanın daha bir klubu özünün yeni sponsoruna qovuşacaq.

Şad xəbər eşitmək növbəsi “Kəpəz”ə çatıb.

Gəncədən olan deputatlar Futbolun İnkişaf Fondu ilə birgə doğma şəhərin təmsilçisinə tərəfdaş tapıb.

“Kəpəz”lə işbirliyinə maraq göstərən şirkət ölkə miqyasında kifayət qədər tanınır və geniş maliyyə imkanlarına sahibdir. Sponsorluq müqaviləsinin bu ayın sonu, martın əvvəlində açıqlanması gözlənilir.

Daha əvvəl “Turan Tovuz”un üzünü gün doğub. Qərb klubu “Hünər Qrup”la çalışmağa başlayıb.

Tərəflər arasında 4,5 illik kontrakt imzalanıb. Bu əməkdaşlığın rəsmiləşməsində Tovuzdan olan millət vəkili Qənirə Paşayeva böyük rol oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti