Tərlan Əhmədovu “Kəpəz”də qoruyan qüvvə sirləri “Sportinfo”ya açdı

22 Fevral 2023 21:20 Kəpəz 1 006
Tərlan Əhmədovu “Kəpəz”də qoruyan qüvvə sirləri “Sportinfo”ya açdı

“Kəpəz”in futbolçuları təkcə komandanın elitadakı yerini qoruması üçün yox, həm də Tərlan Əhmədovun postunda qalmasına görə əlindən gələnin ən yaxşısını etməyə çalışır.

Klubdakı əksər şəxslərlə və komandanı tərk etmiş futbolçularla münasibətləri qoruya bilməyən baş məşqçi hazırda sərəncamında olan futbolçuları bağrına basır, onlara böyük qardaş qayğısı göstərir.

Bunu onların davranışından da görmək mümkündür.

“Şamaxı” üzərində əldə olunan 3:2 hesablı qələbədən sonra oyunçuların Əhmədovu xilas etmək sevincini bölüşdüyünü görmək çətin deyildi.

Matç başa çatandan sonra əksəriyyət qələbəni baş məşqçi ilə qeyd etdi.

Nigeriyalı yarımmüdafiəçi Amed Ayzaya Sportinfo.az-a açıqlamasında dediyimiz faktı təsdiqləyib:

“Biz burada bir ailəyik. Fikrimcə, göstərdiyimiz oyun daha yüksək yerlərə sahib olduğumuzu sübut edir.

Sadəcə, bəzi oyunlardakı təcrübəsizliyə və kobud səhvlərə turnir cədvəlindəki mövqeyimiz istədiyimiz kimi deyil.

Tərlan Əhmədovla münasibətimiz yaxşıdır. Gizlətmirəm, həm Gəncə futbolu, həm azarkeşlərimiz, həm də baş məşqçimizi qorumaq üçün mübarizə aparırıq.

Bəzən azarkeşlər şəhərdə bizi görəndə narazılığını dilə gətirir, daim qələbə qazanan komanda görmək istədiklərini deyirlər. Ona görə də hansı məsuliyyətin altına girdiyimizi anlayırıq".

Ahmed Ayzaya cari mövsümdə “Kəpəz” formasında meydana çıxdığı 20 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”