Bu qadağanı da gördük… Onlara yaxın gedən özündən küssün!

22 Fevral 2023 14:40 Kəpəz 1 105
Bu qadağanı da gördük… Onlara yaxın gedən özündən küssün!

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov futbolçuları yeni qadağası ilə tanış edib.

Bundan sonra komandanın heç bir üzvü oyundan sonra azarkeşlərə yaxınlaşmamalı, onlara təşəkkür etməməlidir.

Altı aydır Gəncədə çalışan mütəxəssisin belə bir qərar verməsi son turlarda tez-tez eşitdiyi istefa tələbiylə bağlıdır.

Belə ki, hər dəfə stadiona toplaşan fanatlar onun komandan getməsinə çağırışlar edir.

Əhmədov tərəfdarların kimlərsə tərəfindən öyrədilməsini düşünür və iş yerindən ayrılmağa hazırlaşmır. O, bu fikrini İdarə Heyətinin sədri İlqar Nadirinin iştirakıyla keçirilən son klubdaxili toplantıda da açıq bildirib.

Premyer Liqanın 23-cü turunda keçirilən «Şamaxı» ilə qarşılaşmanın (3:2) ardından Tural Axundov və Fərid Nəbiyev komanda yoldaşlarının azarkeşlərlə görüşməsinə mane oub.

Kapitan və vitse-kapitan oyundaşlarının tribunaya tərəf getməsinə, fanatları alqışlamasına imkan verməyib.

Təbii ki, Axundovla Nəbiyev bunu özbaşına etməyib, baş məşqçinin tapşırığını yerinə yetiriblər.

Futbolçulara xəbərdarlıq olunub ki, Əhmədovun göstərişinə məhəl qoymayanlar böyük məbləğdə cərimələnəcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"