Futbolçuları HƏDƏLƏDİLƏR: “Bu hərəkət borc olsun"

21 Fevral 2023 19:40 Kəpəz 752
Futbolçuları HƏDƏLƏDİLƏR: “Bu hərəkət borc olsun"

"Kəpəz"in qalmaqalsız bir günü yoxdur.

Qərb təmsilçisində yenə ortam qarışıb.

Bu dəfə futbolçular fanatların qəzəbinə tuş gəlib.

Səbəb son turda yaşananlardı. Belə ki, "Şamaxı" üzərində qələbədən (3:2) sonra bəzi futbolçular tribunalara tərəf getməkdən boyun qaçırıb.

Hətta gürcüstanlı futbolçu Giorgi Kantaryanın fanatlara tərəf getmək istəyinin qarşısını Tural Axundov və Fərid Nəbiyev alıb.

Yaşananlardan qəzəblənən komandanın ən böyük azarkeş qrupu olan "Xəmsə"nin "feysbuk" hesabından paylaşılan postda futbolçular sərt xəbərdarlıq olunub:

"Oyun bitəndən sonra edilən hərəkət borc olsun. Biz hələ sözümüzü deməmişik!".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"