"Bu boyda hadisədən sonra hələ qalmaq da istəyirsən, başa düşmürsən ki.." - GƏRGİN İCLAS

21 Fevral 2023 11:00 Kəpəz 1 752
"Bu boyda hadisədən sonra hələ qalmaq da istəyirsən, başa düşmürsən ki.." - GƏRGİN İCLAS

«Kəpəz»in əvəzedici heyətinin baş məşqçisi Xaliq Mərdanovla əsas komandanın çalışdııcısı Tərlan Əhmədov arasında gərgin anlar yaşanıb.

Hadisə klubdaxili toplantıda baş verib.

Belə ki, yerli mütəxəssis 6 ay öncə Yaşar Vahabzavdənin yerinə gəlmiş həmkarına istefa verməli olduğunu bildirib:

«Özün də görürsən ki, səni Gəncədə heç kim istəmir. Hamını bir-birinə vurmusan.

Gəncənin futbol adamlarına hörmətsizlik edirsən, başqalarını bəyənmirsən, stadiona buraxmırsan.

Başa düşmürsən ki, burada sənin yerin yoxdur? Yəqin bilirsən də, adamların haqqında dediyi sözləri.

Bu boyda hadisələrdən sonra hələ qalmaq da istəyirsən? Bu sözləri eşidən istənilən özünə hörmət edən şəxs çoxdan çıxıb gedərdi».

Mərdanov iclasda axıradək iştirak eləməyib. O, fikirlərini dilə gətirəndən sonra toplantı məkanından ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti