Şuaybu Tərlan Əhmədovu özündən çıxardı: “Bəsdir daha!”

19 Fevral 2023 16:40 Kəpəz 1 882
Şuaybu Tərlan Əhmədovu özündən çıxardı: “Bəsdir daha!”

Premyer Liqanın 23-cü turu çərçivəsində “Kəpəz” doğma meydanda “Şamaxı”nı qəbul edib - 3:2.

Kifayət qədər maraqlı keçən oyunun ilk hissəsində komandalar hərəyə 1 qol vurub ki, qərb təmsilçisində Abdullahi Şuaybu fərqlənib.

Komandasının ən məhsuldar futbolçusu hesabı açanadan sonra əksər mübarizələrdə yerdə qalmaqla diqqət çəkib. Şuaybunun hər toxunuşa görə yıxılması azarkeşlər kimi, baş məşqçisinin də qəzəbləndirib.

İlk hissənin sonlarına yaxın təsadüf edən epizodların birində Tərlan Əhmədov Abdullahinin yerdə qalmasına dözməyərək üsyan edib: “Ayaqa qalx, bəsdir daha!”.

Baş məşqçi fasilədə futbolçusuna bununla bağlı göstəriş verəndən sonra Şuaybu futbol oynamağı otun üstünə uzanıb dincəlməkdən üstün tutub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti