“Kimi istəsələr, gətirərlər, mən bundan da pis təzyiqlər görmüşəm”

19 Fevral 2023 02:50 Kəpəz 884
“Kimi istəsələr, gətirərlər, mən bundan da pis təzyiqlər görmüşəm”

"Oyunçulara demişdim ki, gözəl futbol istəmirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunu haqda deyib.

52 yaşlı mütəxəssis bildirib ki, qələbə həmişə xoş olur:

"Yaxşı mübarizəli və dramatik futbol gördük. İlk dəfə idi ki, həddindən artıq çox həyacan keçirdim. Əzmkar qələbəyə görə futbolçularıma təşəkkür edirəm".

Baş məşqçi görüşdən sonra onu istefaya səsləyən azarkeşlər barədə danışıb:

"Bəzi məsələlər var ki, heç də xoş deyil. Buraya gələn gündən söz-söhbətlər olub. Onlara bir də qayıtmaq istəmirəm.

Azarkeşlərin istefaya səsləməsinə gəlincə, "Səbail"ə 3:0 hesabı ilə qalib gələndə də məni istefaya çağıran insanlar var idi

Məni "Kəpəz"ə İlqar Nadiri dəvət edib. Bizim də danışığımız belə olub ki, komandanı Premyer Liqada saxlamaq lazımdır.

Mənə deyilməyib ki, kimlərisə udmaq lazımdır. Aramızda belə söhbət olmayıb. Mənim mayadək sözləşməm var.

Ondan sonra oturub müzakirə edəcəyik. Komanda çempionatda qalandan sonra kimi istəsələr, gətirərlər.

Mən bundan da pis təzyiqlər görmüşəm. Oynadığım və baş məşqçi olduğum dövrlərdə çətinliklər yaşamışam.

Bunun da qarşısını heç kim ala bilməz. Məni sevənlər də var".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi