"Heç kim məğlub olmaq istəməz, "Kəpəz" axırıncı yerlərə layiq deyil"

18 Fevral 2023 23:20 Kəpəz 604
"Heç kim məğlub olmaq istəməz, "Kəpəz" axırıncı yerlərə layiq deyil"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma meydanda "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Fərid Nəbiyev sualları cavablandırıb.

23 yaşlı futbolçunun müsahibəsini diqqətinizə çatdırırıq:

- Matç çox gərgin keçdi. İki dəfə önə keçməyimizə baxmayaraq ani diqqətsizlikdən qapımızda iki qol gördük. Şükürlər olsun ki, sonda qələbə topunu vura bildik. Bu qələbə bizim üçün çox vacib idi. Azarkeşlərimizin qarşısında uzun müddətdir qalib gələ bilmirdik. Onları sevindirə bildiyimizə görə şadıq.

- Növbəti oyunlar haqda nə düşünürsən?

- Qarşıda 13 oyunumuz var. Maksimum çox xal toplamaq istəyirik. Bəzi matçlarda diqqətsizlikdən xallar itirdik. Düşünürəm ki, komanda olaraq hazırda olduğumuz mövqeyə layiq deyilik. Daha yuxarı pillələrdə ola bilərdik. Bu qələbə bizə motivasiya verəcək, "Sumqayıt" və "Sabah"la görüşlərə hazırlaşmağa kömək edəcək.

- "Qarabağ"dan xal alıb, növbəti həftə "Turan Tovuz"a məğlub olursunuz. Bu, nə ilə bağlıdır?

- Düşünürəm ki, azarkeş amili çox böyük rol oynayır. Evdə istəyirik ki, fanatların qarşısında məyus olmayaq. Səfərdə də qələbə qazanmaq istəyirik. Heç kim məğlub olmaq istəməz. Növbəti matçda da qələbə qazanıb daha yuxarı pillələrə qalxmaq istəyirik.

- Premyer Liqada qala biləcəksiz?

- Biz də bunun üçün çalışırıq. "Kəpəz" axırıncı yerlərə layiq komanda deyil. Bu çətin dövrdən üzüağ çıxmaq üçün çalışırıq.

Digər Xəbərlər
Xəbər Lenti