Azərbaycan klubunun legionerini hər kəsin gözləri önündə "soyundurdu" - VİDEO

19 Fevral 2023 13:00 Kəpəz 648
Azərbaycan klubunun legionerini hər kəsin gözləri önündə "soyundurdu" - VİDEO

Premyer Liqanın 23-cü turunda "Kəpəz" doğma meydanda "Şamaxı"-nı qəbul etdib.

Gəncəlilərin ən sevilən futbolçusu Abdullahi Şuaybu bu dəfə də iş başında olub.

Nigeriyalı forvard qonaqların qapısına yol tapmaqla yanaşı, bir neçə təhlükəli epizod yaratmaqla azarkeşlərin alqışını qazanıb.

Matç başa çatandan sonra "Kəpəz"in futbolçuları paltardəyişmə otağına yollananda, Şuaybu qarşısında azyaşlı azarkeşi görüb.

Topdaşıyan uşaq "Kəpəz"in hücumçusundan getrlərini ona verməsini xahiş edincə, Abdullahi "başüstə" deyib.

Şuaybu meydanın kənarında öncə butslarını, daha sonra getrlərini çıxararaq azyaşlını sevindirib.

Özü isə tələsik ayaqyalın soyunub-geyinmə otağına tələsib.

Afrikalının bu jestini görən Gəncə publikası onu ayaqüstə alqışlayıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!