“Kəpəz”in ilk yerli transferi millinin müdafiəçisi oldu

27 Dekabr 2022 16:40 Kəpəz 2 693
“Kəpəz”in ilk yerli transferi millinin müdafiəçisi oldu

Çempionatın ikinci yarısında rəqiblərinə meydan oxumağı planlaşdıran “Kəpəz”də “təmizləmə” işləri ilə yanaşı, güclənmə prosesinə də start verilib.

Gəncə təmsilçisi qış fasiləsində 4-5 futbolçunu rənglərinə bağlamağa hazırlaşır.

“Sarı-göylər” qapıçı Mario Mustapiç və vinger Juninyo Maranhense ilə münasibətlərini hələ çempionatın gedişində rəsmiləşdirib. İndi isə sıra yerli futbolçulardadır.

“Kəpəz”in ilk azərbaycanlı transferi Abdulla Rzayev olub.

Müqavilə ilə “Sabah”a məxsus olan, Premyer Liqanın ilk yarısında “Şamaxı”nın uğurları üçün tər tökən 20 yaşlı müdafiəçi ilə anlaşma əldə olunub və yaxın günlərdə anlaşma imzalanacaq.

Gəncəlilərin Abdullanı icarəyə götürəcəyi inandırıcı görünür, nəinki müqavilə bağlayacağı. Çünki “Sabah” bu futbolçunun gələcəyinə ümid bəsləyir.

U-21-ə də cəlb olunan Abdulla Rzayev çempionatın ilk yarısında “Şamaxı”nın heyətində 4 oyunda 72 dəqiqə forma geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti