SON DƏQİQƏ: “Kəpəz” legioneri ilə yollarını ayırdı

26 Dekabr 2022 19:40 Kəpəz 1 812
SON DƏQİQƏ: “Kəpəz” legioneri ilə yollarını ayırdı

Çempionatın ikinci yarısının planlarını cızan “Kəpəz”in baş məşqçisi hazırladığı siyahını klub rəhbərliyinə təqdim edib.

Siyahıda getməli və komandanı gücləndirməli futbolçuların adları qeyd olunub ki, artıq bu yöndə işə start verilib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisində ilk ayrılıq Rauf Əliyev, yaxud Əfran İsmayılovun adı ilə bağlı deyil. Bu, Peyman Keçevarzdır. Klubun İdarə Heyətinin sədri İlqar Nadiri iranlı müdafiəçi ilə görüşərək ona müqavilə şərtləri ilə bağlı təklif irəli sürüb.

Nəticədə Peyman anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilməsinə “hə” deyib.

Digər futbolçular – Əfran İsmayılov, Rauf Əliyev, Elvin Yunuszadə, Kamran İbrahimov və Mixeil Erqemlidze ilə yolların ayrılması istiqamətində müzakirələr davam edir.

“Kəpəz”lə yayda müqavilə bağlayan Peyman Keşevarz cari mövsümdə sarı-göy formada Premyer Liqada 6 oyunun iştirakçısı olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti