Yayda "Neftçi"dən gəlmişdi, indi Əhmədov da onu istəmir

26 Dekabr 2022 16:00 Kəpəz 1 609
Yayda "Neftçi"dən gəlmişdi, indi Əhmədov da onu istəmir

«Kəpəz»in daha bir futbolçusu Tərlan Əhmədov «qara siyahı»sına düşüb.

Yayda «Neftçi»dən gələn Kamran İbrahimov artıq ona lazım deyil.

Baş məşqçi mövsümün əvvəlində başından ağır zədə alan, ondan sonra əsas heyətdəki yerini Orxan Sadıqlıya verməli olan 23 yaşlı qapıçının xidmətinə ehtiyac duymadığını rəsmilərin diqqətinə çatdırıb.

O, Kamranın Premyer Liqa təcrübəsinin olmamasını, məşqlərdə qeyri-sabit təsir bağışlamasını əsas gətirib.

Ümumiyyətlə, Gəncə klubunda üçüncü ayını keçirən çalışdırıcının burada qalmasını istəmədiyi oyunçuların sayı çoxdur.

Sadəcə, Əhmədovun ilk növbədə klubdan göndərilməsini istədiyi futbolçular bunlardır: Rauf Əliyev, Əfran İsmayılov, Peyman Keşavarz, Mixeil Erqemlidze və Elvin Yunuszadə.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti