Başı qalmaqaldan açılmayan baş məşqçinin ƏN BÖYÜK DÜŞMƏNİ

26 Dekabr 2022 17:40 Kəpəz 974
Başı qalmaqaldan açılmayan baş məşqçinin ƏN BÖYÜK DÜŞMƏNİ

Son həftələrdə gündəmdən düşməyən komanda «Kəpəz»dir.

Elə gün olmur ki, Gəncədən xəbər almayaq.

Məlumatlar axın-axın gəlir. Təəssüf ki, bu informastiyaların 99 faizi neqativ yöndədir.

Gah baş məşqçi hansısa futbolçunu qovur, əvəzedici heyətə göndərir, cərimələyir, gah hansısa funksionerlə dava-dalaş salır, gah da köməkçilərini açılayır.
Tərlan Əhmədovun sakit günü yoxdur burada.

Hər gün bir mərəkə, bir qovğa – hərdən düşünürəm ki. görəsən. Onun qalmaqalsız bir günü olacaq? İnsidentdən başı açılmayan baş məşqçini Gəncədə istəməyən çoxdur.

Təzadı görün, «Kəpəz» belə bir vəziyyətdə meydana çıxır və avrokuboklara vəsiqə iddiasında olan iki rəqibini - öncə «Sabah»dan, arxasınca «Zirə»dən xal qoparır.

Ab-havası qaralmış komanda bu dirənişi göstərirsə, bir anlıq fikirləşək ki, meydandankənar qalmaqallar yaşanmasa, nə kimi nəticələr əldə edərlər!

Tərlan Əhmədov məşqçi olmağına məşqçidir. Bunu danan nadandır! Lakin və lakin…

Adamın xasiyyətindəki ziddiyyət, alt niyyət ona rahatlıq, dinclik vermir. Vallah, ən böyük düşməni elə özüdür.

Tanrı məşqçilik bacarığı verib, bəhrələn də, gərək elə yan yollara qaçasan, gözün orada-burada olsun?

Eh…

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti